Bakı/28.10.21 Bu gün, oktyabrın 28-i Bakı Apellyasiya Məhkəməsində Sənay Yağmura təcavüzdə təqsirləndirilən Əsgər Ağazadənin məhkəmə prosesi keçirilib. İttiham olunan şəxsin vəkilləri onun barəsində seçilmiş 4 ay qəti imkan tədbirindən və həmçinin də ev dustaqlığına buraxılmasını istəyib.
Zərərçəkmişin vəkili Zibeydə Sadıqova bildirib ki, hakim qarşı tərəfin vəkillərinin gətirdiyi arqumentlərlə razılaşmadı.
“Hakim hesab elədiki Əsgər Ağazadə bu müddətdə barəsində digər qəti imkan tədbirinin seçilməsi üçün heç bir əsas yoxdu. Həbs qəti imkan tədbiri qüvvədə qaldı”, deyə, vəkil qeyd edib.
Əsgər Ağazadənin vəkilləri onu təqsirli bilməyib.
Xatırladaq ki, oktyabrın 12-də yazar Zümrüd Yağmur mətbuat konfransı keçirərək qızı Sənay Yağmurun 1 il əvvəl cinsi zorakılığa məruz qaldığını açıqlayıb. Yazarın sözlərinə görə, ekspertiza rəylərində Sənayın paltarındakı biomaterialların Əsgər Ağayevə məxsus olduğu göstərilib. Faktla bağlı Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsilə cinayət işi başlanıb. Ancaq Yasamal Rayon Prokurorluğu Əsgər Ağayevin məsuliyyətə cəlb edilməsilə bağlı yetərli dəlillərin olmadığını bildirərək cinayət işi üzrə icraata 2 dəfə xitam verib. Cinsi zorakılıq törətdiyi iddia edilən Əsgər Ağazadə oktyabrın 19-da şübhəli şəxs qismində saxlanılıb barəsində 4 ay qəti imkan tədbiri seçilib.-0-
[embed]https://www.youtube.com/watch?v=P6UIA9N3AYY[/embed]
Turan
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder