27 Ekim 2021 Çarşamba

Əliyev və Erdoğanın görüşündə Azərbaycan-İran münasibətlərinə toxunulub

Bakı/27.10.21 Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Recep Tayyip Erdoğan Zəngilandakı görüşlərində Bakı və Tehran arasında son vaxtlar yaranmış gərginliyi müzakirə ediblər.

Erdoğan Türkiyəyə qayıtdıqdan sonra jurnalistlərlə söhbətində bildirib ki, Azərbaycan prezidenti bu məsələdə prinsipial və qətiyyətli mövqe tutur.

"Biz İlham Əliyevlə bu məsələni müzakirə etdik. Azərbaycan prezidenti qətiyyətli mövqeyindən geri çəkilmir. O qeyd edib ki, İsraillə münasibətlər Azərbaycanın digər ölkələrlə əlaqələrindən fərqli deyil və bundan sonra da belə olacaq. Ölkələr qərarların qəbulu mexanizmi məsələsində bir-birinə təzyiq göstərmək hüququna malik deyillər", deyə Erdoğan bildirib.  

O, "Tehranın sağlam düşüncə ilə hərəkət edəcəyinə və İran və Azərbaycan arasında problem olmayacağına" ümid etdiyini bildirib. -06/16Â-

 



Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder