30 Ekim 2021 Cumartesi

Mərdəkan qəsəbə sakini bomba barədə yalan zəngə görə saxlanılıb

Bakı/30.10.21 Mərdəkan qəsəbə sakini yerli məktəbə bomba qoyulması barədə yalan zənglə əlaqədar saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, oktyabrın 29-da "102" xidmətinə Bakının Xəzər rayonu Mərdəkan qəsəbəsindəki məktəblərin birinin damına bomba qoyulması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı informasiya təsdiqlənməyib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edənin şəxsiyyəti müəyyən edilib. O, Mərdəkan qəsəbə sakini, əvvəllər mühakimə olunmuş 36 yaşlı Məmmədovdur.

O saxlanılıb, Cinayət Məcəlləsinin 216-cı maddəsi üzrə (terror aktı haqda qəsdən yalan məlumat vermək) cinayət işi başlanıb. Məmmədovu 5-dan 8 ilədək azadlıqdan məhrumedilmə təhlükəsi gözləyir.- 06B

 



Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder