Bakı/28.10.21 Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, hazırda həbsdə olan Saleh Rüstəmovun yaxınları məmur özbaşınalığına məruz qaldıqlarını bildirirlər. Bu barədə Turan-a keçmiş icra başçısının qardaşı Taleh Rüstəmov bildirib.
Onun sözlərinə görə, Gədəbəydə Səməd Vurğun küçəsində yerləşən və 1957-ci ildə tikilmiş ata mülkünü və Heydər Əliyev prospektində cəmi 17 faiz paya malik olduqları obyekti əllərindən almaq istəyirlər. Bu obyektin 73 faizi Rüstəmovlara aid deyil.
Taleh Rüstəmova görə, məsələnin maraqlı tərəfi budur ki, bu qanunsuzluğu Ədliyyə Nazirliyi yox, Maliyyə Nazirliyi edir: “Neçə vaxt idi icraçılar gəlib-gedirdilər. Amma oktyabrın 27-dən təzyiqlər daha da güclənib. Onların məqsədi evi və obyekti malik olduğu dəyərdən dəfərlərlə aşağı qiymətəndirərərk öz əllərinə keçirməkdir”, Rüstəmov deyib.
Onun sözlərinə görə, evdə üç ailə yaşayır, bununla belə evin tam boşaldılmasını tələb edirlər və bu özbaşınalığa görə məsələni ictimailəşdirib.
Rüstəmov deyib ki, bu qış çağında uşaqları hara yerləşdirəcəyini bilmir və bu şikayətini dinləyən də yoxdur.
Onun deməsinə görə, bu qərar 4 il öncə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən qəbul edilib. Qərarı indi icraya yönəldirlər, 3 milyon manat qiyməti olduğu halda bunu 300-500 min həddində dəyərləndirərək mənimsəmək istəyirlər. “Biz də məhkəməyə verdik ki, məhkəmə qiymətləndirmə aparsın və obyekti ucuz ala bilməsinlər. İndi çalışırlar ki, bu məhkəmə olmasın, İşə Nərimanov Rayon Məhkəməsində baxılmaslı gözlənilir", - Rüstəmov deyib.
Vəkil Bəhruz Bayramov isə deyib ki, hökmdəki müsadirə ilə bağlı qeyri-müəyyənlik Azərbaycan hökumətinin imicinə ziyan vurur.
Vəkilin sözlərinə görə, obyekt və evin qiymətləndirilməsindən şikayət verib, ona görə də icraat dayandırılmalıdır. Ümumi qiymətləndirilən dəyər 3 milyon manatdan çoxdur. Hazırda iş Nərimanov Rayon Məhkəməsindədir. Odur ki, bu halda iş üzrə icraat dayandırılmalıdır.
Vəkil vurğulayıb ki, yenidən qiymətləndirmə ilə bağlı Qiymətləndirmıə Mərkəzinə sənəd göndərib və proses getdiyi halda müsadirə ola bilməz: “İndi qiymətləndirmədə bizi razı salan müddəalar olmasa, Apellyasiya Məhkəməsinə müraciət edəcəyəm. Kassasiya qaydasında da şikayət olunacaq. Vəkil olaraq qiymətləndirməni mübahisələndirmişəmsə, həmin iş icraya yönəldilə bilməz, icra dayandırılmalıdır”, -vəkil bildirib.-05B-
Turan
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder