Bakı/27.10.21 Bu gün, oktyabrın 27-də Azərbaycan müdafiə naziri Zakir Həsənov Zəngilan rayonunda Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ilə görüşüb. Bu barədə Azərbaycan Müdafiə Nazilriyinin yaydığı mıəlumatda deyilir.di
Məlumata görə, Hülusi Akar Azərbaycana Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi səfəri çərçivəsindəki nümayəndə heyətinin tərkibində gəlib.
Məlumatda deyilir ki, Zakir Həsənov Vətən müharibəsində qardaş Türkiyənin göstərdiyi mənəvi dəstəyə görə minnətdarlığını ifadə edib.
Z.Həsənov qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan tərəfdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Öz nğövbəsində H.Akar da belə bir tarixi görüşün əhəmiyyətini vurğulayaraq strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.
Məlumata görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub-05D-.
Turan
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder