28 Ekim 2021 Perşembe

Miqrasiya Xidmətinin xarici ölkə vətəndaşlığını qəbul edənlərə müraciəti

Bakı/28.10.21 Dövlət Miqrasiya Xidməti başqa ölkənin vətəndaşlığını qəbul edən Azərbaycan vətəndaşlarına müraciət edərək ölkə hakimiyyətinə bu barədə rəsmən məlumat verməyə çağırıb. Bundan ötrü  Xidmətin saytına daxil olmaq, "Elektron xidmətlər" bölməsini seçmək, "Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşının bu barədə məlumat verməsi" pəncərəsini açmaq lazımdır.

"Sənəd üzrə məlumat" bölməsində bütün lazımi sahələr doldurulmalıdır. Xarici vətəndaşlığın qəbul edilməsi barədə Azərbaycan hakimiyyətinə məlumat verilməsi məcburidir.-0-

 



Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder