28 Ekim 2021 Perşembe

Bakıda 1 milyonluq aparat koronavirus xəstələrinə kirayə verilir - Yoluxanların 10 min xərci var

Əhali arasında virusla mübarizə təcrübəsi indi daha da artıb.


Artıq hər kəs koronavirusa yoluxanda hansı dərmanlardan istifadə etmək, hansı analizləri vermək lazım olduğunu bilir. Evdə müalicəsinin bir neçə min manata, həmçinin daha az məbləğə başa gəldiyini deyənlər az deyil.


Maraqlıdır, əslində koronavirusa yoluxan şəxsin xəstəxana və ev şəraitində müalicə xərcləri nə qədər təşkil edir?


Bununa bağlı Cebhe.info-ya danışan pulmonoloq Əsəd Bəydullayev bildirib ki, viruslu xəstələrin müalicəsi onların ağırlıq dərəcəsi, mövcud olan şərtlərdən şasılı olaraq dəyişir: "İnsan koronavirusa yoluxarsa, sıfırdan başlayaraq, pul xərcləmədən də sağala da, özəl xəstəxananın reanimasiyasına düşüb, 10 min depozit də verə bilər. Dövlət xəstəxanasında müalicə pulsuzdur. Hər halda reanimasion xəstə özəl klinikaya müraciət edir. Hər müalicənin özünəuyğun məzənnəsi var. Ağır xəstənin müalicəsi 10 min manatdan artığa başa gəlir”.


Azərbaycanda 78 yaşlı koronaviruslu yaşlı qadını müalicə edərək sağaldan Əsəd Bəydullayev həmin xanımın da müalicə xərclərinin eyni məbləğ, yəni 10 min manat təşkil etdiyini açıqlayıb: "Həmin xanıma ev şəraitində xüsusi diqqət yetirilməklə yenidən həyata qaytara bildik. Qadının sağalması üçün ailəsi aparat sifariş vermişdi. Aparat təzyiqlə havanı verib ağciyərləri açıq saxlayırdı. Texnikanın qiyməti bəlkə də 1 milyon manatdır, satışda yoxdur. Bununla məşğul olan adamlar var. Yəni xarici ölkələrdən alıb, gətirib müalicə üçün arendiyaya verirlər.


Xəstəliklə bağlı tam mənasız, lazımsız yerə çoxlu pul xərcləmiş adamlar görmüşəm. Həmin adamların müalicəsini ya tibb bacıları, ya qonşuları edib. Yaxud da kiminsə reseptin götürüb, eyni müalicəni təkrar ediblər. İşini bilən mütəxəssisə müraciət etmək lazımdır ki, heç olmasa, lazımsız dərmanlar qəbul etməyəsən, xəstəxanaya düşməyəsən. Bu gün xəstənin məsrəfinin çox çıxmasının səbəbi xəstəxanaya düşənədək "Ora getsəm, öləcəyəm” düşünməsidir. Elə edirlər ki, doğrudan da həmin adamlar xəstəxanaya gedəndə ölürlər. Bu cür şəxslər ölməsə də, onların sağalması çox böyük məsrəfə başa gələ bilər. Xəstəlik aşkar olunduğu halda tez müddətdə həkimə müraciət etmək və müalicə almaq lazımdır.Təbii ki, heç kim qarantiya vermir ki, 3 xəstədən birində ağırlaşma olmayacaq. Bu normaldır”.


Pulmonoloq deyib ki, koronavirusun müalicəsində müşahidə etdiyi ən çox məsrəf aparan şeylərdən biri kompüter tomoqrafiya aparatında müayinədir: "Hansı ki insanlar bu aparatdan boşuna keçirlər. Şəxsin pulu çoxdur və ailədə bir nəfərdə virus aşkarlanıb deyə bütün ailəsini yığıb, KT etdirib. Bu, tam mənasız yerədir. Bundan 10 gün sonra, həqiqətən də, ailədə virusa yoluxma halları başladı. Məcbur olub bir də KT çəkdirdik. Ailə həm maddi, həm də radiasiya cəhətdən ziyana düşdü. Obyektiv məsrəf əslində qorxulu deyil. Bəzən pullar lazımsız yerə xərclənir. Ya kimsə səhlənkarlıq edir, ya da bu işi bilməyən adam edir”.


Əsəd Bəydullayev deyir ki, həkimə vaxtında, erkən müraciət etmək daha məqsədəuyğundur: "Bu, həm əlavə xərcdən, həm lazımsız dərman qəbulundan, həm də radiasiyadan qoruyacaq. Dünən mənə bir tibb bacısı zəng edib. Baxıram ki, bu adam özü viruslu xəstələrin mülicəsi ilə məşğuldur. Bilmədiklərini məndən soruşmağa çalışır. Buna icazə verilmir, doğru deyil. İnsan bir şeyi təkrar edə bilər, amma nəticə ala bilməz. Dəfələrlə öz yazdığım reseptlərim xəstələrin əlindən çıxıb. Birinə resept yazılır, ailənin digər üzvlərinə də eyni müalicə edilir. Başa düşülmür ki, insan individualdır. Bunu hamıya etmək olmaz, fəsadı çıxacaq. Bu cür şeylərdən qaçılsa, mənə elə gəlir ki, məsrəf də azalar, hər şey də yolunda gedər”.

Hiç yorum yok:

Yorum Gönder