Tacikistan Çinə Tacikistan-Əfqanıstan sərhədinin yaxınlığında hərbi baza qurmaq icazəsi verdiyini bildirib.
Şərhçilər Çinin çoxdan bəridir Mərkəzi Asiya regionuna hərbi ekpansiya planları həyata keçirdiyini bildirirlər.
Oktyabrın 27-də Tacikistan parlamentinin aşağı palatası Tacikistanın Daxili İşlər və Çinin İctimai Təhlükəsizlik nazirlikləri arasında imzalanmış razılaşma əsasında Çinin hərbi baza yaratması haqqında qərarı qəbul edib.
Tacikistan daxili işlər nazirinin birinci müavini Abdurahmon Alamşozoda deyib ki, baza Dağlıq Bədəxşan Muxtar Vilayətindəki ucqar Vaxon kəndində yerləşəcək.
O bildirib ki, baza ölkənin Çevik Reaksiya Qrupu xüsusi qüvvələrinin istifadəsində olacaq.
Millət vəkilləri bildirirlər ki, bazanın ətrafında ordu birləşmələri də yerləşdiriləcək.
Bazanın ixtiyarı tamamilə Çinə verilir
Tacikistan hökuməti habelə ölkədə bundan əvvəl mövcud olan Çin hərbi bazasına tam nəzarətin Pekinə verilməsini təklif edib.
Hökumət bunu da bildirir ki, Çin tərəfi bazadan istifadə üçün icarə haqqını Tacikistana hərbi yardım şəklində ödəyəcək.
Bu barədə məlumatı Düşənbədəki Çin Səfirliyi Tacikistan Xarici İşlıər Nazirliyinə göndərib.
Çin artıq bundan əvvəl Tacikistanın ərazisində, onun Əfqanıstanla sərhədindəki Murğab regionunda hərbi bazaya malik idi.
Haqqında heç bir rəsmi məlumat verilməsə də, bu bazanın son 5 ildə fəaliyyətdə olduğu deyilir.
AzadlıqRadiosunun gördüyü sənədlər
Çin və Tacikistan hökumətləri bu bazanın varlığını qətiyyətlə inkar edirdilər və onun sahiblik və funksiyaları barədə çox az məlumat var idi.
AzadlıqRadiosu Tacik xidmətinin gördüyü sənədlərdə bazanın Çin hərbiyyəsinin istifadəsində, lakin Taciksitanın mülkiyyətində olduğu deyilir.
Sənədlərdən bu da məlum olur ki, bazanın sahibliyinin Çinə verilməsi barədə təklifi prezident Emomali Rahmon Çinin müdafiə naziri Vey Fenxeyə o, ötən iyulda Düşənbəyə səfər edərkən verib.
Sənəddə Çinin bu təklifi qəbul edib-etmədiyi qeyd olunmur, lakin bildirilir ki, Çin Tacikistanın Əfqanıstanla sərhədi boyunca zastavalarının maliyyələşdirilməsinə dəstək verəcək.
Amma burası dəqiq qeyd olunur ki, mülkiyyəti tam şəkildə Çinə verilmiş baza üçün heç bir icarə haqqı alınmayacaq.
Tacikistan Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür.
Moskva bu xəbərlərlə bağlı hələki heç bir şərh verməyib.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder