28 Ekim 2021 Perşembe

Mikrosxem çatışmazlığı avtomobil sənayesinin gəlirlərini azaldır



Almaniyanın “Volkswagen” şirkəti üçüncü rübdə əməliyyat gəlirləri və satışının azaldığını bildirir. ABŞ-Fransa və İtaliya şirkəti olan “Stellantis” isə üçüncü rübdə istehsal hədəflərinə çata bilməyib. Qlobal mikrosxem qıtlığı avtomobil istehsalına mənfi təsir göstərməkdədir.


“Yarımkeçiricilərlə bağlı qlobal problemlər üçüncü rübdə Volkswagen Group-un biznes perfomansına xüsusi təsir göstərib”, – Almaniya avtomobil nəhəngi oktyabrın 28-də bildirib. Şirkət mikrosxem qıtlığına görə bəzi zavodlarında istehsalı dəfələrlə dayandırmalı olub.




Şirkətin üçüncü rübdə əməliyyat gəliri ötən ilin “zəif” pandemiya dövrü ilə müqayisədə 12 faiz azalaraq 2.8 milyard avroya (3.2 milyard dollar) düşüb. “VW” daxil brendləri isə ümumi istehsal itkisilə üzləşib.



24 faiz azalma


İyul-sentyabr aylarında ötən illə müqayisədə avtomobillərin çatdırılması 24 faiz azalıb. Əsas bazar sayılan Çində isə tələbat “qarşılanmayıb”, qrupun bəyanatında deyilir.




Həm adi, həm də elektrik avtomobillərinin əsas komponenti sayılan yarımkeçiricilərin kəskin qıtlığı “bütün sənayedə güclənib”, Volkswagen bildirir. Qrupun brendlərinə Volkswagen, Audi, Seat və Skoda daxildir.


Jeep, Chrysler, Fiat, Peugeot və Citroen brendlərinin sahibi “Stellantis” oktyabrın 28-də bildirib ki, kompüter mikrosxemləri çatışmazlığı səbəbindən istehsal hədəfdən 30 faiz az olub.


Şirkət iyul-sentyabrda 600 min avtomobil istehsal edib, bu, planlaşdırıldığından 30 faiz azdır.


“Stellantis” bu ilin əvvəlində İtaliya-Amerika “Fiat Chrysler Automobiles” konqlomeratı və Fransanın “PSA Group”u arasında qurulub. Şirkətin baş ofisi Amsterdamdadır.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder