Bakı/27.10.21 Almaniya Bundestaqından nümayəndə heyəti Azərbaycana səfər edəcək.
Bu barədə Turan-a Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumata görə, səfərin məqsədi Almaniya Bundestaqının Beynəlxalq Parlament Təqaüd proqramı (İPS) üçün Azərbaycandan olan namizədləri seçməkdir. Nümayəndə heyətinə Bundestaqın deputatı Carl-Julius Cronenberg rəhbərlik edəcək.
Səfər noyabrın 1-2-də reallaşacaq.
Qeyd edək ki, İPS proqramı çərçivəsində dünyanın 44 ölkəsindən 120 təqaüdçü 1 mart - 31 iyul 2022-ci il tarixinədək Almaniya Bundestaqı tərəfindən tam maliyyələşdirilən təqaüd çərçivəsində Almaniyanın parlamentar sistemi ilə tanış olmaq imkanı əldə edir. -16D-
Turan
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder