28 Ekim 2021 Perşembe

Xarici İşlər Nazirliyi İraqdan 38 azərbaycanlı uşağın repatriasiya edildiyini bildirib

Bakı/28.10.21 Bu gün İraqın cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan 38 azərbaycanlı uşağın  Bağdad-İstanbul-Bakı marşrutu ilə repatriasiyası həyata keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Onların Azərbaycana gətirilməsi  hökumət tərəfindən həyata keçirilmiş koordinasiyalı və mərhələli tədbirlər nəticəsində mümkün olub. Belə ki, ilk növbədə repatriantların olduğu yer və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. Bundan sonra onlar Azərbaycana  qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin edilib. Repatriasiyadan öncə uşaqların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib və onlara zəruri yardım göstərilib.

Azərbaycan Respublikasına gəldikdən sonra uşaqların reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub. 

Bu xüsusda, indiyədək 286 uşaq və 2 qadın olmaqla, ümumilikdə 288 nəfər Azərbaycan  vətəndaşının İraq Respublikasından repatriasiyasına müvəffəq olunub.

Qeyd edək ki, repatriasiya olunanlar vaxtilə İŞİD və digər terrorçu qrupların tərəfində hərbi əməliyyatlarda iştirak etmək üçün Suriya və İraqa üz tutmuş şəxslərin ailə üzvləridir. - 06B-

 



Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder