29 Ekim 2021 Cuma

İraqdan AzərbaycanaВ  qaytarılmış uşaqlar reablitasiya və reinteqrasiya proqramına cəlb ediliblər

Bakı/29.10.21 İraqdan Azərbaycana repatriasiya olunmuş uşaqlar reabilitasiya və reinteqrasiya proqramına cəlb olunublar. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) oktyabrın 29-da yaydığı məlumatda deyilir.

“38 uşaqdan 17-si ƏƏSMN tabeliyindəki Sosial Xidmətlər Agentliyinin, 21 nəfəri Səhiyyə Nazirliyinin müəssisələrinə yerləşdirilib”, deyə məlumatda bildirlir.

Məlumata görə, bundan əvvəl Agentliyin nümayəndəsi də olan İşçi Qrupu Bağdad şəhərinə (İraq) ezam edilmişdi, orada cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan, Azərbaycan vətəndaşları olan həmin uşaqlara ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib, onlara zəruri yardım göstərilib.

Məlumatda vurğulanır ki, Azərbaycana gətirildikdən sonra onlara psixoloq, sosial isçi təyin olunub, habelə, reabilitasiya və reinteqrasiya proqramının icrasına başlanıb.

Məlumata görə, sosial tərəfdaşların dəstəyi ilə qış paltarları ilə təmin edildikdən sonra uşaqların ailələrinə, yaxın qohumlarına veriləcəkləri gözlənilir. -05D-

 



Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder