Bakı/28.10.21/ Turan: Ağdamda erməni işğalından azad edilmiş ərazidə iki skelet – əlləri məftillə bağlanmış kişi və qadın skeleti aşkarlanıb. Baş Prokurorluğun mətbuat xidməti məlumatı təsdiqləyib.
İnsan qalıqları "Körpü-Bina Tikinti" Məhdud Məsuliyyətli Cəmiyyətin apardığı bərpa işləri zamanı aşkar edilib.
Əsasən skeletlər Bərdə-Ağdam yolunun 37-ci kilometrliyində texnikadan istifadə olunmaqla tikinti işləri zamanı tapılıb.
Şahidlərin sözlərinə görə, skeletlərin ətrafında kişi və qadın geyimlərinin qalıqları olub. Çox güman ki, onları paltarda dəfn edilblər. – 03B06-
Turan
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder