Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 577 yeni yoluxma faktının qeydə alındığı və bu virusa yoluxanlardan da 672 nəfərin sağaldığı bildirilir.
Bu barədə bu gün, dekabrın 20-də məlumat yayan Nazirlər Kabineti yanında Operativ Qərargahdan qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 9 nəfər də vəfat edib.
Qərargahdan açıqlandığına görə, indiyədək ölkədə ümumilikdə 610 min 895 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 587 min 338-i sağalıb, 8 min 208-i vəfat edib, aktiv xəstə sayı 15 min 349-a düşüb.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder