20 Aralık 2021 Pazartesi

Davos forumu təxirə salınıb




Bəyanata görə, iştirakçılar qlobal liderlərin iştirakıyla onlayn iclaslara qatılacaqlar




İsveçrənin Davos kurort şəhərində keçiriləcək Dünya İqtisadi Forumun üzbəüz toplantıları COVID-19-un omikron ştammının yayılması səbəbindən təxirə salınıb.


“İllik toplantının 2022-ci il 17-21 yanvar tarixlərində İsveçrənin Davos-Klosters şəhərində keçirilməsi planlaşdırılırdı. Forum yayın əvvəlinə keçirilib”, – təşkilatçılar dekabrın 20-də onlayn bəyanatda bildiriblər.


Bəyanata görə, iştirakçılar qlobal liderlərin iştirakıyla onlayn iclaslara qatılacaqlar.


“İclasın sərt səhiyyə protokollarına baxmayaraq, omikronun yayılması və onun səyahətə və çevikliyə təsiri bu təxirəsalmanı vacib edib”, – təşkilatçılar bildirir.


Sonuncu dəfə Davos üzbəüz formatda 2020-ci ilin yanvarında keçirilib. Bundan sonra Qərbi Avropada yoluxmalar artdı. Builki forum isə yanvarda onlayn keçirilib.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder