Bakı/03.12.21 Azərbaycan Təhsildə Keyfiyyat Təminatı üzrə Dövlət Agentliyi 2021-ci ilin noyabr ayı ərzində xaricdə alınan diplomların tanınması ilə bağlı 302 müraciətdən 67-sini təmin etməyib. Bu barədə Agentliyin dekabrın 3-də yaydığı məlumatda deyilir.
Məlumata görə, 235 müraciətə müsbət cavab verilərək diplomlar tanınıb.
Dplomların tanınmamasının səbəbi kimi i tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması, təhsil aldığı ölkədə tələb olunan minimal müddətin ödənilməməsi, tədris dilinin qənaətbəxş olmaması, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması və s. göstərilir.
Ölkələr üzrə müraciətlərin sayına görə Türkiyədən 106, Rusiyadan 79, Ukraynadan 69, Gürcüstandan 11, İtaliyadan 6, digər ölkələrdən isə 31 müraciət daxil olub.-05D-
Turan
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder