3 Aralık 2021 Cuma

Azərbaycanın xarici işlər naziri ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi ilə görüşüb

Bakı/03.12.21 Dekabrın 3-də Stokholmda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 28-ci toplantısı çərçivəsində ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi Tereza Ribeyro ilə görüşüb.

Görüş zamanı ATƏT iştirakçısı olan dövlətlərin bu təşkilat çərçivəsində öz nizamnamə öhdəliklərini yerinə yetirməsinin vacibliyi barədə fikir mübadiləsi aparılıb.

Bayramov regionda təhlükəsizliklə bağlı mövcud vəziyyətdən danışıb, diqqəti Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün zəruri olan addımlara yönəldib. —06D-

 



Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder