22 Aralık 2021 Çarşamba

Azərbaycanda karantin yenə uzadılıb



Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti yenə uzadılıb. Bu barədə bu gün, dekabrın 22-də Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.


Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 mart saat 06:00-dək uzadılıb.


Bundan əvvəl Azərbaycanda xüsusi karantin rejimi 2022-ci il yanvarın 1-nə kimi uzadılmışdı.


Koronavirusla bağlı Azərbaycanda karantin rejimi 2020-ci ilin martından tətbiq edilib. Onun müddəti dəfələrlə uzadılıb. Yoluxma sayından asılı olaraq bu rejim zaman-zaman sərtləşdirilib və sonra da yumşaldılıb.


Xatırlatma


2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə dekabrın 22-nə kimi ümumilikdə 611 min 557 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8 min 222-sinin vəfat etdiyi bildirilib.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder