22 Aralık 2021 Çarşamba

648 yeni yoluxma aşkarlanıb




COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 16 nəfər  vəfat edib



Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 648 yeni yoluxma faktının qeydə alındığı və bu virusa yoluxanlardan 1365 nəfərin sağaldığı bildirilir.


Bu barədə dekabrın 22-də məlumat yayan Nazirlər Kabineti yanında Operativ Qərargahdan qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.


Açıqlandığına görə, indiyədək ölkədə ümumilikdə 612 min 205 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 590 min 155-i sağalıb, 8238-i vəfat edib, aktiv xəstə sayı 13 min 812 düşüb.


Xatırlatma


2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.


2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.


Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder