22 Aralık 2021 Çarşamba

Prezident Əliyev İranın xarici işlər nazirini qəbul edib




Görüş zamanı siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb



Azərbaycan prezidenti İlham Əliyev dekabrın 22-də İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


AZƏRTAC-ın xəbərinə görə, söhbət zamanı siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb:


“Görüşdə ikitərəfli əməkdaşlığımızın gündəliyinin geniş olduğu bildirildi və yaxşı nəticələrin əldə ediləcəyinə ümidvarlıq ifadə olundu”.


İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın başçılıq etdiyi nümayəndə heyəti dekabrın 22-də Azərbaycana gəlib.


Onun başqa rəsmi görüşləri də gözlənir.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder