COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib
Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 584 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 851 nəfərin sağaldığı bildirilib.
Bu barədə yanvarın 6-da Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Qurumdan qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.
Qərargahdan habelə, açıqlandığına görə, indiyə kimi ölkədə ümumilikdə 619 min 502 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 603 min 906-ı sağalıb, 8422-i vəfat edib, aktiv xəstə sayı 7174-ə düşüb.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.
2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.
Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder