Bu gün, yanvarın 6-da Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumata görə, nazirlər Qazaxıstanda mövcud olan vəziyyət ilə bağlı fikir mübadiləsi aparıblar. Amma müzakirənin detalları açıqlanmır.
"Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər", açıqlamada yazılıb.
Yanvarın 3-də Qazaxıstanda maye qazın qiymətinin artırılması etirazlara səbəb olub. Etirazların nəticəsi kimi hökumət istefaya göndərilib. Üstəlik, Təhlükəsizlik Şurasının sədri, uzun müddət ölkəyə rəhbərlik edən Nursultan Nazarbayevin də vəzifədən kənarlaşdırıldığı açıqlanıb, onun heykəlləri aşırdılıb. Etirazların hələ də səngimədiyi bildirilir.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yanvarın 5-də axşam “ölkəsinin üzləşdiyi terror təhlükəsinin dəf edilməsində kömək üçün” Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) rəsmən müraciət edib. KTMT-ya Rusiya, Qazaxıstan, Ermənistan, Tacikistan, Qırğızıstan və Belarus daxildir.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder