9 Ocak 2022 Pazar

AzTV-nin mühafizəçisi özünü vurub

Hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyi bildirilir


Yanvarın 8-də "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də ölümlə nəticələnən hadisənin baş verdiyi deyilir. 


Bildirilib ki, QSC-nin Mühafizə Şöbəsinin əməkdaşı, polis kiçik serjantı Yasin İnqilabzadə ehtiyatsızlıqdan açdığı atəş nəticəsində ölüb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin sözçüsü Elşad Hacıyev yayılan məlumatı Meydan TV-yə təsdiqləyib.


O, faktla bağlı araşdırma aparıldığını söyləyib.

Hiç yorum yok:

Yorum Gönder