Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 min 924 yeni yoluxma faktının qeydə alındığı və bu virusa yoluxanlardan da 1 min 873 nəfərin sağaldığı bildirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan noyabrın 24-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 23 nəfər də vəfat edib.
Qurumdan vurğulandığına görə, indiyədək ölkədə ümumilikdə 578 min 627 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 543 min 200-ü sağalıb, 7 min 709-u vəfat edib, aktiv xəstə sayı 27 min 718-ə yüksəlib.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder