24 Kasım 2021 Çarşamba

Putin Mişellə, Lavrov isə Mirzoyanla izahlaşır

Bakı/24.11.21 Çərşənbə günü Rusiya prezidenti Vladimir Putin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə Ermənistan və Azərbaycan başçıları ilə Soçidə keçiriləcək üçtərəfli görüşün gündəliyi barədə məlumat verib.

Kremlin mətbuat xidmətinin məlumatına görə, Putin Dağlıq Qarabağ üzrə 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli sazişlərin müddəalarının həyata keçirilməsi üçün atılan addımlar, o cümlədən dinc həyatın bərqərar edilməsi, həmçinin Cənubi Qafqazda nəqliyyat əlaqələri və iqtisadi münasibətlərin bərpası barədə məlumat verib.

Rusiya və Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin noyabrın 26-da Soçidə keçiriləcək görüşündə də məhz bu məsələlərə baxılması planlaşdırılır.

Həmin gün Ermənistan və Rusiya XİN rəhbərləri telefonla Qarabağ nizamlanması ətrafında vəziyyəti müzakirə ediblər. Ermənistan mətbuatının məlumatına görə, Ararat Mirzoyan və Sergey Lavrov qeyd ediblər ki, Qarabağ münaqişəsinin hərtərəfli həlli ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı çərçivəsində dinc danışıqlar yolu ilə mümkündür.-02D-



Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder