Bakı/24.11.21 "Bu gün, noyabrın 24-də saat 07:30 radələrində Gəncə şəhər Regional Mühafizə İdarəsində mülki mühafizə xidməti üzrə mühafizəçi Emin Əliyev xidmətdə olarkən idarə etdiyi “Fiat Albea” markalı avtomobillə Gəncə şəhərində hərəkətdə olarkən idarəetməni itirərək həmin küçədə yerləşən mağazalardan birinə çırpılıb". Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin noyabrın 24-də yaydığı məlumatda deyilir.
Məlumata görə, nəticədə avtomobildə olan polis baş serjantı Renat Əliyev aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən həyatını itirib, sürücü Emin Əliyev isə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma davam edir. -05D-
Turan
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder