Bakı/23.11.21 Noyabrın 23-də vəkil Bəhruz Bayramov siyasi məhbus, 18-ci gündür aclıq edən Saleh Rüstəmova baş çəkib.
"O, çətinliklə hərəkət edir, aydın danışmır. Biz şüşə arxasından telefonla danışdıq. Şüşə vasitəsilə telefonla danışdıq. Cəmi 7-8 dəqiqə danışa bildi", - vəkil "Amerikanın səsi"nə bildirib.
Baş həkim deyib ki, onun vəziyyəti ağırdır və məcburi qida qəbul etdiriləcək onu zorla yedizdirəcəklər. Ancaq Saleh Rüstəmli buna kəskin etiraz edir və noyabrın 26-dan quru aclığa keçəcəyini bildirib, vəkil əlavə edib.
Saleh Rüstəmli həmçinin onun azad edilməsi tələbilə çıxış edənlərin hamısına minnətdarlığını bildirib. -03B-
Turan
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder