Bakı/24.11.21 Çərşənbə günü günün ikinci yarısında Rusiyanın baş nazir müavini Aleksey Overçuk Yerevandan Bakıya gəlib, xəbəri Ermənistan KİV-ləri yayıb.
Aeroportda onu baş nazir müavini Mqer Qriqoryan qarşılayıb və onlar birlikdə baş nazir Nikol Paşinyanla görüşə gediblər. Görüş saat 17.30-da daha davam edib.
Ermənistan mənbələri görüşdə Ermənistan və Azərbaycan arasında nəqliyyat əlaqələrinin açılması məsələlərinin və digər məsələlərin müzakirə olunduğunu təsdiq edirlər.
Noyabrın 24-də axşam Overçuk Yerevandan Moskvaya gedəcək. Xatırladaq ki, səhər Overçuk Bakıda İlham Əliyevlə danışıqlar aparıb. Müşahidəçilərin fikrincə, Soçidə noyabrın 26-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçiriləcək üçtərəfli görüşün gündəliyi müzakirə olunub. -02D-
Turan
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder