Bakı/27.10.21 Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 300 yeni yoluxma faktı qeydə alınıb, 1 248 nəfər sağalıb, 27 nəfər vəfat edib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın oktyabrın 27-də yaydığı məlumatda deyilir.
İndiyədək ölkədə ümumilikdə 522 368 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 487 674 nəfər müalicə olunaraq sağalıb, 6 966 nəfər vəfat edib. 27 728 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 175, bu günə qədər isə ümumilikdə 5 144 208 test icra olunub. -05D-
Turan
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder