22 Kasım 2021 Pazartesi

825 gündəlik yoluxma aşkarlanıb




Noyabrın 22-də verilən məlumata görə, habelə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 33 nəfər  vəfat edib



Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 825 yeni yoluxma faktının qeydə alındığı və bu virusa yoluxanlardan 1283 nəfərin sağaldığı bildirilir.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan noyabrın 22-də verilən məlumata görə, habelə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 33 nəfər vəfat edib.


Açıqlamaya görə, indiyədək ölkədə ümumilikdə 574 min 799 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 539 min 494-ü sağalıb, 7657-i vəfat edib, aktiv xəstə sayı 27 min 648-ə düşüb.


Xatırlatma


2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.


2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.


Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder