22 Kasım 2021 Pazartesi

Avtobus qəzasında azı 46 nəfər ölüb




BTV kanalı İstanbuldan Şimali Makedoniyanın paytaxtı Skopyeyə gedən avtobusda 12 uşağın olduğunu bildirir




Bolqarıstanın qərbində avtobus qəzasında əsasən Şimali Makedoniyadan turistlər olmaqla azı 46 nəfər həlak olub. Xəbəri yerli media hökumət rəsmilərinə əsasən yayıb.


Daxili İşlər Nazirliyinin rəsmisi Nikolay Nikolov noyabrın 23-də BTV özəl televiziyasına qurbanlar arasında uşaqların olduğunu deyib.


O, hadisədən sağ çıxmış yeddi nəfərin paytaxt Sofiyada xəstəxanada yanıqlardan müalicə aldığını bildirib.


“Alışaraq qəza etmiş, yaxud qəza edəndən sonra alışmış avtobusda azı 45 nəfər ölüb”, – Nikolov deyib.


Nazirlik daha sonra ölü sayını 46 nəfərə qaldırıb.


BTV kanalı İstanbuldan Şimali Makedoniyanın paytaxtı Skopyeyə gedən avtobusda 12 uşağın olduğunu bildirir.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder