Bakı/22.11.21 Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən bölmələri tərəfindən guya atəş açılması nəticəsində bir erməni hərbiçisinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunan istiqamətdə Azərbaycan bölmələri tərəfindən hər hansı atəş açılmayıb, sakitlikdir.-0-
* * *
2021 Noyabr 22 (Bazar ertəsi) 22:12:23
Sərhəddə yeni atışma, erməni tə varəftə ölən və yaralananlar var
Bakı/22.11.21 Noyabrın 22-də axşam saatlarında Ermənistan-Azərbaycan sərhədində növbəti atışma olub, ölən və yaralananlar var. Bu barədə bazar ertəsi axşam Ermənistan KİV-i məlumat yayıb.
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, saat 18:10-da Geqarkunik və Kəlbəcər sərhəddində atışma olub. Nəticədə bir erməni əsgəri həlak olub, bir neçə nəfər yaralanıb. Atışma saat 19:30-da bitib.
Erməni tərəfinin məlumatına görə, atışma Norabak kəndi ərazisində baş verib.
Azərbaycan Müdafiə Nazirliyi hələlik atışma faktını təsdiqləməyib. -02D-
Turan
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder