21 Kasım 2021 Pazar

Azərbaycanda koronavirus: 1889 yeni yoluxma qeydə alınıb...



Son bir sutka ərzində Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1889 yeni yoluxma faktı qeydə alınıb. Bu virusa yoluxanlardan 2 min 537 nəfəri sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahın noyabrın 21-də yaydığı məlumatda belə deyilir.


Məlumatda qeyd olunur ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib.


Qərargahın açıqlamasına görə, indiyədək Azərbaycanda ümumilikdə 573 min 974 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 538 min 211 nəfəri sağalıb, 7 min 624 nəfəri vəfat edib, aktiv xəstə sayı 28 min 139 nəfərə düşüb.


Xatırlatma



2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder