Azərbaycan Konstitusiyasının 85 və 89-cu maddələri deputatların sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını qadağan edir. Amma buna baxmayaraq, Milli Məclisin deputatlarının əksəriyyətinin böyük biznesi mövcuddur.
Bu barədə dəfələrlə beynəlxalq araşdırmalarda da məlumatlar dərc edilib.
Deputatlar içərisində elə şəxslər var ki, sərvətlərinin dəyəri yüz milyonlarla, milyardlarla ölçülür. Son günlər deputat Cavanşir Feyziyevin Londonda mülklərinin üzə çıxması da bunu təsdiq etdi.
Azərbaycanda milyonçuya çevrilən deputatlar içərisində müxalifət partiya sədrləri də var. Bu şəxslərdən birinin də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin olduğu iddia edilir.
Demokrat.az BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin sərvətlərindən, milyonluq mülklərindən bir neçəsinin fotosunu əldə etdiyini açıqlayıb. Bildirilir ki, bir zamanlar ağır sosial şərtlər altında kasıb həyat sürən Q.Həsənquliyevin illər sonra oliqarxa çevrilməsi təəccüblü deyil.
Sayt yazır ki, AXCP sədri Əli Kərimlinin müavini vəzifəsindən birbaşa konstruktiv müxalifətə dönüş edən Q.Həsənquliyev vaxtilə ölkədə əksər sahələrin monopolisti hesab olunan "fövqəl güc”ün himayəçiliyinə verilmişdi: "Bu da nəticə! Artıq Qüdrət Həsənquliyev binalar tikir, böyük mülklərə, biznes sahələrinə sahibdir. Məsələn, fotoda görünən bu bina Nərimanov rayonu Mövsüm Sənani küçəsində yerləşir. 17 mərtəbəli göydələn müxalifətçi partiya sədrinə məxsusdur. Araşdırma zamanı bəlli olub ki, binadakı mənzillər çoxdan satılıb".
Xəbərdə qeyd olunur ki, Mirəli Seyidov küçəsində yerləşən səliqəli və zövq oxşayan 4 mərtəbəli bina da Q.Həsənquliyevə məxsusdur: "Qüdrət Həsənquliyevin sədri olduğu BAXCP də məhz bu binada yerləşir".
Məlumata görə, Q.Həsənquliyevə məxsus digər milyonluq mülk Badamdar qəsəbəsində yerləşən villadır.
İddia edilir ki, partiya sədrinin villasının yanında keçmiş MTN-nin cinayətkar dəstəsinin ən başçılarından olan Akif Çovdarovun və Kəmaləddin Heydərovun himayə etdiyi "media holdinq" rəhbərinin də villaları yerləşir.
BAXCP sədri mediada yayılan məlumata münasibət bildirməyib.
18 Kasım 2021 Perşembe
Azərbaycanda partiya sədrinin milyonluq mülkləri
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder