18 Kasım 2021 Perşembe

DSX-nin Akademiyasında kursantın intihar etdiyi bildirilir

Telman Nəbiyevin özünü hansı səbəbdən asdığı məlum deyil


Dövlət Sərhəd Xidməti Akademiyasının 2-ci kurs tələbəsi Telman Nəbiyevin intihar etdiyi deyilir.


Məlumatı Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi yayıb.


Bildirilir ki, hadisə noyabrın 17-də saat 21 radələrində baş verib:


"Akademiyanın 2-ci kursunda təhsil alan kursant Nəbiyev Telman Elman oğlu naməlum səbəbdən özünü asıb”.


Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq orqanlarının hadisə ilə bağlı birgə araşdırma apardığı bildirilir.

Hiç yorum yok:

Yorum Gönder