18 Kasım 2021 Perşembe

Ermənistan silahlı qüvvələri Tovuz rayonunu atəşə tutub

Bakı/18.11.21 Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 17-si saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub, xəbəri noyabrın 18-də Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Öz növbəsində, Ermənistan tərəfi atışmalarda Azərbaycan hərbiçilərini ittiham edib. -02D- 

 



Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder