
Azatutyun yazır ki, Muradov Yerevanda təzəcə təyin edilmiş müdafiə naziri Suren Papikyanla görüşüb
AzadlıqRadiosunun Erməni xidməti Azatutyun xəbər verir ki, noyabrın 17-də Rusiya Federasiyası cənub hərbi dairəsi komandanının müavini general-leytenant Rüstəm Muradovun vasitəçiliyi ilə bir gün əvvəl Ermənistan-Azərbaycan sərhədində gedən döyüşdə həlak olmuş erməni hərbçinin meyiti xüsusi reyslə Bakıdan Yerevana gətirilib.
Ermənistanın Müdafiə Nazirliyi bundan əvvəl toqquşmalar zamanı bir erməni hərbçinin həlak olduğunu xəbər vermişdi.
Azatutyun yazır ki, Muradov Yerevanda təzəcə təyin edilmiş müdafiə naziri Suren Papikyanla görüşüb.
Nazir rusiyalı generala Azərbaycan-Ermənistan sərhədində gedən döyüş əməliyyatları barədə detallı məlumat verib. Papikyan habelə ilkin məlumata görə əsir düşmüş 13 erməni hərbçi barədə danışıb.
Azatutyun yazır ki, bu görüş zamanı əsir düşmüş həbçilərin qaytarılması, habelə itkin düşənlərin taleyinin aydınlaşdırılması üçün intensiv işin davam etdirilməsinə dair razılaşma əldə olunub.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder