19 Kasım 2021 Cuma

Gənc jurnalist və bətnindəki körpəsi koronavirusdan vəfat etdi

Press.az saytının əməkdaşı Aygün Əlizadə koronavirusdan vəfat edib.


Modern.az xəbər verir ki, Aygün Əlizadə oktyabrın 30-da koronavirusa yoluxub.


O, hamilə olduğu üçün virus əleyhinə iynə və dərmanlardan tam istifadə edə bilməyib.


Noyabrın 8-də onu Yevlax Rayon Xəstəxanasından təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətiriblər.


Xəstəxanaya daxil olduqda Aygün Əlizadənin vəziyyəti olduqca ağır qiymətləndirilib və o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, köməkçi tənəffüs aparatına qoşulub.


Noyabrın 16-da 29 yaşlı Aygün Əlizadə doğulmamış körpəsi  ilə birgə vəfat edib.


Mərhumun beş yaşlı övladı qalıb.

Hiç yorum yok:

Yorum Gönder