18 Kasım 2021 Perşembe

Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 10 nəfər saxlanılıb

Bakı/18.11.21 Yasamal rayonu ərazisində son 7 gündə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 10 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

Məlumata görə, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 7 gündə həyata keçirilən əməliyyatlar nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılaraq ərazi üzrə şöbə və bölmələrinə gətiriliblər.

Məlumatda deyilir ki, onların üzərindən külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Məlumatda əlavə edilir ki, Yasamal rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir. -05D-

 



Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder