1 Kasım 2021 Pazartesi

Vidadi Muradov həbsdən azad edilib

Bakı/01.11.21 "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin keçmiş sədri Vidadi Muradov həbsdən azad edilib.

Penitensiar Xidmətdən Turan-a bildiriblər ki, onkoloji xəstəlikdən müalicə olunması ilə əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə onun barəsində qətimkan tədbiri dəyişdirilib.

Muradov bu ilin yanvarında həbs edilmişdi.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə böyük miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülmüşdü.—06D-

 



Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder