23 Aralık 2021 Perşembe

Qızıl, gümüş hasilatı artıb



2021-ci ildə Azərbaycanda 61.5 min unsiya qızıl hasil edilib. Bu, ötən illə (60 min unsiya qızıl) müqayisədə 2 faiz çoxdur.


AZƏRTAC-ın xəbərinə görə, bu barədə "AzerGold" QSC İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.


O bildirib ki, başa çatmaq üzrə olan bu il ərzində 135 min unsiyadan çox gümüş hasil edilib. Bu da ötən illə (121 min unsiya gümüşlə) müqayisədə 11 faiz artıqdır.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder