23 Aralık 2021 Perşembe

Azərbaycanın coğrafi adlarının "Google maps"də təhrif edilməsinin aradan qaldırılması üçün tədbirlər görülür

Bakı/23.12.21 Azərbaycan “Google maps” tətbiqində ölkənin  Qarabağ bölgəsinin coğrafi adlarının təhrif edilməsi məsələsini rəsmi diplomatik kanallarla “Google” şirkəti qarşısında qaldırılıb.

Belə ki, rəsmi Azərbaycan dilində göstərilməsilə yanaşı, erməni dilində saxta adlarla da göstərilir.  Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti   “Google maps” tətbiqində Azərbaycanın azad olunmuş ərazilərinin adları ilə bağlı  şərhində bildirib.

Nazirlikdən qeyd olunub  ki, Azərbaycanın ərazi adlarının təhrif edilməsi ilə bağlı şirkət rəhbərliyinə məktub ünvanlanıb və Azərbaycanın müvafiq ərazilərinin rəsmi coğrafi adlarının siyahısı qarşı tərəfə təqdim edilib.

Bundan əlavə,  2021-ci ilin mayında Birləşmiş Millətlər  Təşkilatının coğrafi adlar üzrə Ekspertlər Qrupunun (UNGEGN) illik sessiyasında Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə hazırlanmış milli hesabat təqdim edilib.

Hesabatda 4589 yaşayış məntəqəsinin Azərbaycan, ingilis və rus dillərində rəsmi qaydada standartlaşdırılmış və təsdiq edilmiş adlarını əks etdirən siyahı yer alır. Bununla yanaşı Ermənistan-Azərbaycan münaqişəsinin təsirinə məruz qalmış Azərbaycan ərazilərində  yerləşən və təhrif olunduğu müəyyən edilmiş 125 coğrafi obyektin adını özündə ehtiva edir.

“Google maps” platformasına gəlincə,  şərhdə deyilir ki, bu tətbiq istifadəçilərin fərdi müraciətləri və yanaşmaları prinsipi əsasında fəaliyyət göstərir. Odur ki, bu baxımdan Azərbaycan vətəndaşlarının, habelə qeyri-hökumət qurumlarının mövzu ilə bağll fəal şəkildə fikirlərini şirkətə yazmaları çox önəmlidir.

Xarici İşlər Nazirliyi  bildirir ki, hazırda məsələ diqqətdə saxlanılır və təhriflərin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.-05D-

 



Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder