23 Aralık 2021 Perşembe

Avtomobil idxalının artması azərbaycanlıların rifahının yüksəldiyini göstərmir

Bakı/23.12.21 Bakıdakı rəsmi mənbələr xalqın rifahından danışarkən əhali tərəfindən təkrar tələbat mallarının alışının həcminin artmasına istinad edirlər.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, 2021-ci ilin 11 ayında Azərbaycan 835 376 720 dollar məbləğində 81 726 avtomobil idxal edib. İdxal olunan avtomobillərin əksəriyyəti (76 348) minik avtomobilidir, onların ümumi dəyəri 704 752 710 dollardır. 2020-ci illə müqayisədə 32 070 avtomobil və ya 72,4 faiz çox gətirilib, onların dəyəri isə 45,3 faiz artıb.

Hesablamalar göstərir ki, ölkəyə gətirilən minik avtomobilinin biri Azərbaycanla sərhəddə orta hesabla 9230 dollar və ya 15692 manat olub. Belə maşınlar gömrük rüsumu ilə birlikdə Azərbaycanda daxili bazarda 20 min manata satılacaq. 6-10 illik istismar müddəti olan ikinci əl avtomobillər də orta hesabla bu qiymətədir.

Gətirilmiş minik avtomobillərindən 11 464 min ədədi hibrid avtomobillərdir, ümumi məbləği 69 milyon 726,89 min dollardır.  Bir hibrid avtomobil 6 min dollar, yaxud 10300 manat təşkil edir. Hibrid avtomobillər vergidən azaddır. Satıcılar bazara bu maşınları qiymətə 2-3 min dollar əlavə etməklə,  13 min manata yaxın qiymətə çıxarırlar. Ölkənin avtomobil bazarında bu qiymətə 12-15 il öncə istahsal edilmiş köhnə "Toyota-Prius" satılır.

Bu maşınlar taksi kimi istifadə üçün satın alınır. KİV-in məlumatına görə, Bakıda taksi kimi istifadə etmək üçün gündəlik kirayəyə (30 manat) hibrid avtomobillər təklif edən şirkətlərin sayı artır. Taksi daşımaçılığı ilə məşğul olan şirkətlərin sayı da artır.

İlk baxışdan belə görünür ki, əhalinin zəruri tələbat malı sayılmayan avtomobili almaq üçün daha çox sərbəst pulu var. Digər tərəfdən, Bakıda taksilərin sayı artır. Köhnə, əsasən hibrid avtomobillərin alınması onu göstərir ki, Azərbaycanda işsizlik artır və adamlar yığdıqları son pullara qənaətli maşınlar alırlar ki, daşıma ilə məşğul olsunlar.

Taksi xidməti üçün işlənmiş avtomobillərin məcburi alınması versiyasının xeyrinə Azərbaycanda bütün növ nəqliyyat vasitələrilə yükdaşımaların həcminin demək olar ki, dəyişməməsi barədə Dövlət Statistika Komitəsinin məlumatlarını göstərmək olar. Yəni, istehsal olunan və daşınan malların sayı artmayıb. 2021-ci ilin yanvar-noyabr aylarında 174 milyon 796,3 min ton təşkil edib ki, bu da ümumilikdə 2020-ci ilin 11 ayının göstəricisindən 2,2 faiz çoxdur. Aydınlaşdıraq ki, 2020-ci ildə ölkə iqtisadiyyatı koronavirus lokdaununa görə qismən "dayanıb".—0—

 



Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder