Bakı/23.12.21 Milli Hidrometeorologiya Xidməti dekabrın 23-ü günorta Azərbaycanda hava şəraiti barədə məlumat yayıb.
Məlumata görə, ki, soyuq hava kütlələri Azərbaycana şərqdən daxil olduğu üçün intensiv və güclü yağıntılar əsasən Quba-Qusar bölgəsində qeydə alınıb.
Məlumatda qar örtüyünün hündürlüyü Qrız-Qudyalçayda 20 santimetr, Daşkəsəndə 15 santimetr, Xınalıqda 15 santimetr, Göygöldə 13 santimetr, Quba, Qusar, Xaltanda 10 santimetr, Ağdərə (Ordubad), Sarıbaşda (Qax) 8 santimetr, Altıağacda 6 santimetr, Şabranda 3 santimetr olub.
Milli Hidrometeorologiya Xidməti soyuq, yağıntılı hava şəraitinin dekabrın 25-dək davam edəcəyini bildirir.-05D-
Turan
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder