Noyabrın 23-də verilən məlumata görə, habelə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib
Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1904 yeni yoluxma faktının qeydə alındığı və bu virusa yoluxanlardan 1833 nəfərin sağaldığı bildirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan noyabrın 23-də verilən məlumata görə, habelə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.
Bildirildiyinə görə, indiyədək ölkədə ümumilikdə 576 min 703 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 541 min 327-i sağalıb, 7686-i vəfat edib, aktiv xəstə sayı 27690-a yüksəlib.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.
2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.
Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder