Ölkədə siyasi proseslərə təsir göstərməkdə davam edən 81 yaşlı Nazarbayevin qərarını noyabrın 23-də onun sözçüsü elan edib
Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev hakim Nur-Otan partiyasının liderliyindən getmək qərarına gəlib. Bu addımın indiki prezident Qasım-Jomart Toqayevin mövqeyini möhkəmləndirəcəyi gözlənir.
Ölkədə siyasi proseslərə təsir göstərməkdə davam edən 81 yaşlı Nazarbayevin qərarını noyabrın 23-də onun sözçüsü elan edib.
“Nur-Otanın Siyasi Şurasının geniş iclasında Nursultan Nazarbayev partiya sədrinin vəzifəsindən imtina etmək qərarını verib, partiyanın ölkə prezidenti tərəfindən idarə edilməli olduğunu deyib. Sədrliyin ötürülməsi prosesi partiya nizamnaməsinə uyğun aparılacaq”, – sözçü Aydos Ukibay Twitter-də yazıb.
Nazarbayev 1991-ci ildən ölkəni sərt şəkildə idarə edib, 2019-cu ilin martında isə istefasını açıqlayıb. Toqayevi o özü varis seçib.
Nazarbayev ölkədə ciddi nüfuzu var, elbaşı – millətin lideri kimi məhdudiyyətsiz hakimiyyətdən istifadə edib.
Toqayevin hakimiyyəti dövründə Qazaxıstanda ifadə azadlığına, müxalifət üzvlərinə təzyiq davam edib.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder