20 Kasım 2021 Cumartesi

Azərbaycan nümayəndə heyəti İrana gedir



Noyabrın 21-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Tehrana səfər edəcək.


Rəsmi xəbər agentliyi Azərtac-ın noyabrın 20-də yaydığı məlumatda bildirilir ki, səfər çərçivəsində İranın yollar və şəhərsalma, neft nazirliklərində görüşlər keçiriləcək, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunacaq.


Məlumatda həmçinin vurğulanır ki, nümayəndə heyətinin İranın Birinci vitse-prezidenti Məhəmməd Muxbir ilə görüşü də nəzərdə tutulub.












Mənbə: AzadlıqRadiosu
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder