20 Kasım 2021 Cumartesi

Şamaxıda zəlzələ olub



Noyabrın 20-də Pirqulu seysmoloji stansiyasından 20 kilometr cənubda - Şamaxı rayonu ərazisində zəlzələ baş verib.


Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 16:46-da qeydə alınıb.


Məlumata görə, ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 5.1-ə bərabər olub. Yeraltı təkanlar episentrdə 5, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.


Dağıntı və ya insan təlafatı haqqında hər hansı məlumat verilmir.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder