Bu gün, dekabrın 2-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
AFFA-nın məlumatına görə, toplantıda Azərbaycan yığmasının baş məşqçisi məsələsinə aydınlıq gəlib. Açıqlamaya görə, Canni de Byazinin hesabatı dinlənildikdən sonra assosiasiya italiyalı mütəxəssisin postunda qalmasını qərara alıb. 65-yaşlı mütəxəssislə sözləşmə müddəti 2022-ci ilin oktyabrına qədər uzadılıb.
Canni de Byazi ötən ilin iyulunda bu posta gətirilmişdi. Onunla müqavilə müddəti başa çatırdı.
Canni de Byazinin rəhbərliyi altında futbol üzrə Azərbaycan yığması 2022-ci ildə keçiriləcək Dünya Çempionatinin seçmə mərhələsində qrup sonuncusu olub.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder