"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zakir İbrahimovun oğlu Zaur İbrahim haqqında mətbuatda ilginc informasiyalar yayımlanıb. "”Azergold” rəhbərinin oğlunun etdikləri artıq heç bir çərçivəyə sığmır” deyən mənbənnin "DİA"-ya aşağıdakıları yazdığı iddia olubub:
“Zaur hazırda atasının rəhbərlik etdiyi "Azergold" QSC-nin tenderlərini qeyri-qanuni yollarla əldə edən “AZCD Group” QSC-yə rəhbərlik edir. Zaur İbrahim Britaniyada ali təhsil aldıqdan (hansı vəsaitlə orada təhsil alması maraqlıdır) sonra 2019-cu ildə Bakıya qayıdır və bibisinin həyat yoldaşının sədri olduğu Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) işə başlayır.
Zakir Zaur oğlu İbrahimov — "AzerGold" Qapalı Səhmdar Səhmdar Cəmiyyətinin sədri
Zaur İbrahim işçilərini döyür?
Orada qeyri-adekvat hərəkətlər edir, daha sonra isə orada yaşlı bir işçini döyür, məsələnin böyüməməsi üçün təcili şəkildə oradan uzaqlaşdırılır. Bundan sonra atası Zakir İbrahimov bir şirkət (“Buta Construction” QSC) təsis edərək, oğlunu ora faktiki rəhbər (formal direktor Azər adlı şəxs idi) təyin edir, “Azergold” QSC-nin tenderlərini müxtəlif üsullarla həmin şirkətə ötürür və bu mexanizmlə dövlət əmlakını ailəlikcə mənimsəyə başlayırlar.
Zaur İbrahim
Bu yolla davam bir müddət külli miqdarda pul qazansalar da, Zaurun səriştəsizliyindən götürdükləri işləri sona çatdıra bilmirlər. Buna səbəb isə onun özəl həyatı, özünə hörmətsizlik kimi qəbul etdiyi xırda məsələlərə görə işçiləri müxtəlif təhqirlərlə işdən çıxarmasıdır. Zaur İbrahim işdə hər kəsi təhqir edir, işdən qovmaqla hədələyir: “Bilirsiz mən kiməm? Mən SƏDR-in oğluyam, sizi elə edərəm, heç yerdə parkovşik də işləyə bilmərsiz”. Sizə inandırıcı gəlməyə bilər, mən də öz gözümlə görməsəydim, qulaqlarımla eşitməsəydim mənə də şübhəli gələrdi. Amma siz 1997-ci ildə anadan olmuş bir oğlanın 3 avtomobilinin olmasını (Audi RS7, BMW X6, Land Rover Discovery 90PPX77), avtomobildə silah gəzdirməsini göz önünə alsaz, sizə məntiqli görünər.
Nəsə, qayıdaq şirkət məsələsinə. Deməli işi sifariş verən ATA, işi görən OĞUL. Nəticədə iş keyfiyyətsiz və yarımçıq görülür, amma nə təsadüfdürsə sifarişçi “Azərgold” QSC maneəsiz işi təhvil alır.
Bu uğursuz layihə ilə yanaşı yenə Zaurun bibisinin yoldaşı ona birbaşa iş verməsə də, rəhbəri olduğu MİDA-nın tenderinin qalibi olmuş “Çinar İnşaat” MMC-yə təzyiq edərək 2 binanın 2 milyon manatlıq tikintisini “Buta Construction” QSC-yə verir. Təbii ki, bu iş də yarımçıq qalır, binaların tikintisi yarımçıq saxlanılır. Yenə də Zaurun atası və digər yaxın qohumları işə qarışır və “gözün üstündə qaşın var” deyən olmur.
Amma artıq tikinti bazarında qeyri-ciddi şirkət kimi tanındıqları üçün və atasının məsləhəti ilə “Buta Construction” QSC-nin adını dəyişərək “AZCD Group” QSC edirlər, ofisin ünvanını dəyişirlər, amma əməllərini yox.
Zaur İbrahim
Şirkətin adını dəyişdikdən sonra 30.09.2021-ci il tarixdə “AzerGold” QSC tərəfindən satınalma dəyəri 22 307 945,85 manat olan Tülallar-Çovdar avtomobil yolunun inşasını tenderdə bir çox köklü, beynəlxalq və “AZCD Group” QSC-dən dəfələrlə böyük və təcrübəli şirkətlərlər iştirak etsə də, nə hikmətdirsə, yenə hörmətli Zakir İbrahimovun oğlu Zaur İbrahim “AZCD Group” şirkəti ilə qalib gəlir.
Bir il ərzində ümumi dəyəri 30 milyon manatdan çox olan 3 layihəni 1 şirkətə verən “Azergold” QSC və oranın sədri Zakir İbrahimovun oğlu Zaur İbrahimin qalib gələn şirkəti.
Zaur İbrahim
Çox maraqlı ailədir, ata “Azergold” QSC-də sədr, özü isə “Azərgold” QSC-nin bütün tenderlərinin qalibi olur”.
"24 saat"
https://www.az24saat.org/azergold-qsc-nin-s%c9%99drinin-oglu-zaur-ibrahim-bar%c9%99d%c9%99-sok-iddialar/
Hiç yorum yok:
Yorum Gönder